Təbriz yaxınlığında zəlzələ olub

Təbriz yaxınlığında zəlzələ olub
# 16 aprel 2018 04:04 (UTC +04:00)

İranın Şərqi Azərbaycan vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 04:32-də qeydə alınan yeraltı təkanların episentri Təbriz şəhərindən 83 km şimal-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR