Tbilisi meri vəzifəsinə seçkilərdə Kaladzenin şansı yüksəkdir - SORĞU

Tbilisi meri vəzifəsinə seçkilərdə Kaladzenin şansı yüksəkdir  - <span style="color: red;">SORĞU
# 27 iyul 2017 09:50 (UTC +04:00)

Gürcüstan paytaxtında seçicilərin əksəriyyəti keçmiş energetika naziri Kaxa Kaladzenin mer vəzifəsinə namizədliyini dəstəkləyir.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) keçirdiyi rəy sorğusunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən seçicilərin 37 faizi Kaxa Kaladzeyə, 22 faizi Aleko Elisaşviliyə, 16 faizi Zaal Udumaşviliyə, 5 faizi isə Elene Xoştariyaya səs verəcəyini bildirib. Respondentlərin 46 faizi cari ilin oktyabrında ölkədə keçiriləcək yerli idarəetmə orqanlarında seçkilərdə hakim “Gürcü Arzusu” Partiyasını, 5 faizi Vahid Milli Hərəkat Partiyasının qalib gələcəyini düşünür.

Rəyi soruşulanların 35 faizi seçkidə iştirak etməkdə qərarlı, 62 faizi qərarsız olduğunu bildirib. Milli azlıqlardan olan respondentlərin 69 faizi iştirakda qərarsız, 26 faizi qərarlıdır.

NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla, bütün Gürcüstan üzrə 2017-ci ilin iyunun 18-dən iyulun 9-na qədər keçirib. Sorğuda 2 261 respondent iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR