Staffan de Mistura: “Astanada qazanılan uğur Suriyanın uğuru olacaq”

Staffan de Mistura: “Astanada qazanılan uğur Suriyanın uğuru olacaq”
# 23 yanvar 2017 17:04 (UTC +04:00)

Astanada qazanılan uğur Suriyanın uğuru olacaq.

APA-nın məlumatına görə, bu sözləri BMT Baş Katibinin Suriya münaqişəsi üzrə xüsusi elçisi Stefan de Mistura Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya münaqişəsinə dair beynəlxalq görüş zamanı deyib.

“BMT Baş katibi Antonio Quterreşin mənə verdiyi göstərişlər belədir: suriyalılara və sülhə zəmanət verən tərəflərə burada yardımçı olmaq. Çünki Astanada qazanılan uğur Suriyanın uğuru deməkdir. Belə olduğu təqdirdə Cenevrədə effektiv Suriya daxili danışıqların yenidən başlamasına daha yaxşı imkan yaranacaq”

Qeyd edək ki, Astanada keçirilən danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR