Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 04 avqust 2017 16:51 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 476-cı kilometrliyində, Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2107” və “BMW” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR