Avpora Şurası ALapşinin işi ilə maraqlanıb

Avpora Şurası ALapşinin işi ilə maraqlanıb
# 07 mart 2017 15:26 (UTC +04:00)

Avropa Şurası bloqqer Aleksandr Lapşinin işini jurnalistlərin saxlanılması və həbs edilməsi kateqoriyasına aid edib. APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, qurumun jurnalistikanın müdafiəsi və jurnalistlərin təhlükəsizlik təşviqi platforması A.Lapşinin işinə 1-ci həyəcan səviyyəsi verib.

Məlumatda deyilir ki, dekabrın 15-də Minskdə Azərbaycanın sorğusu əsasında saxlanılan A.Lapşin fevralın 7-də Azərbaycana ekstradisiya olunub. Dağlıq Qarabağa səfərləri zamanı qanunsuz olaraq dövlət sərhədi keçmək və Azərbaycanın ünvanına tənqid və dövlət əleyhinə şuraların səsləndirməsinə görə Azərbaycanda onu səkkiz il həbs cəzası gözləyir. Onun hazırda Kürdaxanı 1 saylı Bakı İstintaq Təcridxanasında olduğu qeyd olunur.

Jurnalistikanın müdafiəsi və jurnalistlərin təhlükəsizlik təşviqi platforması Avropa Şurasına üzv ölkələrində media azadlıqları və jurnalistlərin təhlükəsizliyinə dair ciddi narahatlıq doğuran məlumatların toplama, emal və yayılması ilə məşğul olan ictimai məkandır. Platform monitoring mexanizminə malik deyil. O, Avropa Şurası daxilində qurumların müxtəlif məsələlərə cavab potensialının artırılması üçün bir alətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR