Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi başlayıb

Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi başlayıb
# 14 noyabr 2017 07:25 (UTC +04:00)

Bakıda 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi başlayıb.

APA-nın məlumatına görə, sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionunda həyata keçirilən tədbirdir.

Sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də İDEA ictimai birliyi tərəfindən dəstəklənir, təşkilatçı qismində isə "Caspian Event Organisers" çıxış edir.

Sərgidə dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələrdən şirkətlər var.

Tədbir noyabrın 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR