Gəncədə avtomobil iki piyadanı  vurub

Gəncədə avtomobil iki piyadanı  vurub
# 03 dekabr 2017 07:38 (UTC +04:00)

Gəncədə iki piyadanı avtomobil vurub.

APA-nın Qərb bürosunun məlumatına görə, qəzalardan biri şəhərin 1-ci mikrorayonu ərazisində Vəli Xusulu küçəsində qeydə alınıb.

Ford markalı avtomobil yaşlı qadını vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Digər hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hələlik, markası bilinməyən avtomobil 1975-ci il təvəllüdlü şəhər sakini İbrahim Məmmədovu vurub. İ. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR