“Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda tədbir keçirilib

“Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda tədbir keçirilib
# 10 noyabr 2017 08:50 (UTC +04:00)

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı İslam Universitetinin təşkilatçılığı ilə “Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə komitənin sədr müavini Səyyad Salahlı, universitet rəhbərliyi və tələbələr iştirak edib.

S. Salahlı tələbələr qarşısında çıxış edərək bildirib ki, Azərbaycan dövləti ölkədə dini maarifləndirmə işinin təşkilinə və dini icmaların fəaliyyətinə yardım edir: “Dində olan parçalanmalar cəmiyyətin də parçalanmasına səbəb olur. Dində ayrı-ayrı parçalanmalar dini zəiflədərək cəmiyyətin parçalanmasına zəmin yaradır. Bu da qırğınlara, müharibələrə səbəb olur. Şərqdə baş verən hadisələr buna bariz sübutdur. İslam prinsipləri sülhə söykənir. Dini maarifləndirmənin əsas məqsədi öz dindaşlarımız arasında islam həmrəyliyi yaratmaq və onun prinsiplərinə əməl etməkdir”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR