Masallıda 39 yaşlı kişi bıçaqlanıb

Masallıda 39 yaşlı kişi bıçaqlanıb
# 13 aprel 2017 12:33 (UTC +04:00)

Masallıda bıçaqlanma hadisəsi baş verib.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallı şəhər sakini, 1978-ci il təvəllüdlü Emil Ədalət oğlu Sultanov bıçaqlanıb. Masallı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən zərərçəkən əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Hadisəni törədən şəxsin adı açıqlanmasa da, artıq saxlandığı bildirilir. Onun həbsdən yeni çıxdığı müəyyənləşib.

Fakt bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR