Bank Of Baku

Türkiyədə futbolçunu küçədə bıçaqlayıb öldürdülər

Türkiyədə futbolçunu küçədə bıçaqlayıb öldürdülər
# 28 noyabr 2008 14:21 (UTC +04:00)
Bakı – APA. Türkiyədə futbolçunun ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, vaxtilə “Aliağa Bələdiyəspor”, “Marmaris Bələdiyəspor” və “Bucaspor” klublarında oynamış Erkan İğdə İzmirin Bergama kəndində bıçaqlanıb.

Cinayətkarlar 34 yaşlı sabiq futbolçunu öncə küçədə döyüb, sonra isə bədəninin müxtəlif hissələrindən bıçaqlayıblar. Erkan İğdənin hansı səbəbdən qətlə yetirildiyi bilinmir. Faktla bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR