Bank Of Baku

Azərbaycan voleybol klubu “Karşıyaka” ilə avrokubok görüşünə getməyəcək

Azərbaycan voleybol klubu “Karşıyaka” ilə avrokubok görüşünə getməyəcək
# 05 dekabr 2008 16:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın qadınlardan ibarət “Rabitə” klubu “Çelenc kuboku” turnirinin 1/8 finalında oynayacaq. Apasport.az saytının məlumatına görə, buna təmsilçimizin rəqibi, Türkiyənin “Karşıyaka” komandasının yarışdan imtina etməsi səbəb olub.

Rəqib komandanın rəsmisi Ufuk Kele qərarlarının sırf maliyyə problemləri ilə bağlı olduğunu deyib: “Bu turnirdə oynamaq xərcləri 200 min YTL-yə bərabərdir. Bizim isə belə büdcəmiz yoxdur. Ona görə də Superliqada hədəflərimizdən uzaqlaşmamaq üçün “Çelenc kuboku” turnirindən imtina etmək məcburiyyətində qaldıq. Əlbəttə, bu üzücü hadisədir. Yolumuza davam etsəydik, finala qədər irəliləyə bilərdik”.

Qeyd edək ki, “Rabitə” klubu “Karşıyaka” ilə ilk matçını dekabrın 10-da İzmirdə, cavab oyununu isə bundan altı gün sonra Bakıda keçirməli idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR