Bank Of Baku

Azərbaycan kubokunun formatı dəyişdirildi

Azərbaycan kubokunun formatı dəyişdirildi
# 11 dekabr 2008 10:01 (UTC +04:00)
Bakı – APA. Dekabrın 15-də kişi və qadın həndbolçular arasında Azərbaycan kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, yarış ilk dəfə yeni formatda keçiriləcək.

Birinciliyin mükafatları uğrunda 4 kollektiv dairəvi sistemlə mübarizə aparacaq. Dekabrın 18-də isə ilk iki və 3-4-cü yeri tutan komandalar ən güclünü müəyyənləşdirəcəklər.

Azərbaycan kuboku “ABU-Arena” İdman Kompleksində təşkil olunacaq. Kişilərin yarışına DİN, “Təhsil”, “Nəsimi”, “Nizami”, qadınların birinciliyinə isə ABU, “Qaradağ”, “Nəsimi” və “Təhsil” klubları qatılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR