Bank Of Baku

Şəkidə “Çovqan” oyunları keçiriləcək

Şəkidə “Çovqan” oyunları  keçiriləcək
# 19 dekabr 2008 23:00 (UTC +04:00)
Şəki. Vüqar Heydərov- APA. Dekabrın 20-də Şəkidə Prezident kuboku uğrunda milli “Çovqan” oyunlarına start veriləcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, yarışlar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Şəki Atçılıq və Turizm Mərkəzində keçiriləcək. Yarışlarda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağcabədi, Ağstafa, Ağdam, Goranboy və İsmayıllı rayonlarından gələn atçılar iştirak edəcək.
Bildirilib ki, yarışları keçirməkdə məqsəd Azərbaycan xalqının qədim adət-ənənələrindən olan milli atüstü oyunları qoruyub saxlamaqdır. Yarışların sonunda qalib komandalara mükafatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR