Bank Of Baku

Azərbaycan yığması yanvarda Fransa ilə qarşılaşacaq

Azərbaycan yığması yanvarda Fransa ilə qarşılaşacaq
# 25 dekabr 2008 10:08 (UTC +04:00)
Azərbaycanın gənc qızlardan ibarət voleybol yığması Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Apasport.az saytının komandanın baş məşqçisi Feliks Məmmədova istinadən verdiyi məlumata görə, yarış yanvarın 7-12-si aralığında Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

Yığmamız qrup mərhələsində müvafiq ardıcıllıqla, Slovakiya, İsrail, Türkiyə, Fransa və Portuqaliya ilə qarşılaşacaq. İlk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq və digər qrupda eyni nəticəyə imza atan kollektivlərlə üzləşəcək. Yekunda isə, ən güclü iki yığma Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR