Bank Of Baku

“Azərreyl” Lüksemburqda keçirilən “Novotel Cup” turnirinin qalibi olub

“Azərreyl” Lüksemburqda keçirilən “Novotel Cup” turnirinin qalibi olub
# 05 yanvar 2009 09:16 (UTC +04:00)
Bakı – APA. Lüksemburqda qadın voleybolçular arasında keçirilən “Novotel Cup” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, dörd komandanın dairəvi sistemlə mübarizə apardığı yarışın qalibi “Azərreyl” klubu olub. Faiq Qarayevin rəhbərlik etdiyi komandamız Danimarka (3:0) və Avstriya yığmalarının (3:0) ardınca, meydan sahibi Lüksemburqu da eyni hesabla üstələyib.

Beləliklə, keçirdiyi üç oyunda rəqiblərinə bir set belə uduzmayan voleybolçularımız 2009-cu ildə ilk uğurunu qazanıb. Avstriya yığması ikinci, Danimarka millisi üçüncü, Lüksemburq isə dördüncü yeri tutub
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR