Bank Of Baku

Azərbaycan voleybol yığması sabah Avropa çempionatında mübarizəyə qoşulacaq

Azərbaycan voleybol yığması sabah Avropa çempionatında mübarizəyə qoşulacaq
# 06 yanvar 2009 08:00 (UTC +04:00)
Bakı – APA. Gənc qızlardan ibarət voleybol yığmamız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təşkil olunan birincilikdə milli komandamız qrup mərhələsində müvafiq ardıcıllıqla, Slovakiya, İsrail, Türkiyə, Fransa və Portuqaliya ilə qarşılaşacaq.

İlk iki yeri tutan yığmalar növbəti mərhələyə yüksələcək və digər qrupda eyni nəticəyə imza atan kollektivlərlə üzləşəcək. Yekunda ən güclü iki milli komanda Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanacaq. Seçmə mərhələ görüşləri yanvarın 12-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR