Bank Of Baku

“Beşiktaş”ın oyunu qalmaqal ucbatından yarımçıq dayandırılıb

“Beşiktaş”ın oyunu qalmaqal ucbatından yarımçıq dayandırılıb
# 22 yanvar 2009 11:49 (UTC +04:00)
Bakı – APA. Türkiyə Superliqası çərçivəsində “Mersin Böyükşəhər Bələdiyyəsi” və “Beşiktaş” basketbol klubları arasında keçirilən oyunda qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, fasiləyə az qalmış gözlənilmədən meydançaya biri qadın olmaqla, 4 azarkeş daxil olub. Onlar siyasi şüarlar səsləndirərək, iqtidarı tənqid edib və matçı yarımçıq dayandırıblar.

Polislər hadisəyə dərhal müdaxilə ediblər. Asayiş keşikçiləri qalmaqal salanları yerə yıxaraq, onların əllərini qandallayıblar. Daha sonra polislər etiraz edənləri dindirmək üçün idarəyə aparılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR