Bank Of Baku

Azərbaycan milli komandasına Belçikadan dəvət gəlib

Azərbaycan milli komandasına Belçikadan dəvət gəlib
# 29 yanvar 2009 14:58 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın gənc qızlardan ibarət voleybol yığması Belçikada keçiriləcək ənənəvi beynəlxalq turnirə dəvət alıb. Bu haqda apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib.

Onun sözlərinə görə, fevralın 24-dən 28-dək davam edəcək yarışda bir neçə xarici komandanın iştirakı gözlənilir. Feliks Məmmədovun yetirmələrinin qarşıdakı yarışa qatılacaqları dəqiqdir.

Qeyd edək ki, gənc voleybolçularımız ötən il bu turnirdə birinci yeri tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR