Bank Of Baku

Natalya Məmmədovanın oynamamasının səbəbi bilindi

Natalya Məmmədovanın oynamamasının səbəbi bilindi
# 03 fevral 2009 15:55 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının və Türkiyənin “Türk Telekom” klubunun voleybolçusu Natalya Məmmədova İsveçrədə cərrahiyyə əməliyyatına məruz qalıb. Bu haqda apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, 25 yaşlı voleybolçu diz nahiyəsindən əməliyyat olunub.

Natalya ötən ay Türkiyə çempionatının oyununda zədələnib. Cərrahiyyə əməliyyatı uğurla keçən Məmmədova artıq məşqlərə başlayıb. Gözəlbəyli deyib ki, həmyerlimizin “Türk Telekom”un heyətində nə zaman meydana çıxacağı məlum olmasa da, o, mayda dünya çempionatının ikinci təsnifat mərhələsində milli komandamıza yardım edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR