Bank Of Baku

Azərbaycan yığmasının voleybolçusu Avropanın ən yaxşı liberosu seçilib

Azərbaycan yığmasının voleybolçusu Avropanın ən yaxşı liberosu seçilib
# 16 mart 2009 08:21 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının üzvü Valeriya Korotenko növbəti mükafatına qovuşub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı libero Avropa Voleybol Konfederasiyası (CEV) Kubokunun “Dördlər finalı”nda ən yaxşılardan biri olub. Xanım idmançımız yarışın ən yaxşı top qəbul edən voleybolçusu seçilib. Korotenkonun şərəfini qoruduğu Türkiyənin “Fənərbaxça” klubu isə turniri üçüncü yerin sahibi kimi başa vurub.
Qeyd edək ki, Korotenko ilə yanaşı, digər həmyerlimiz Oksana Parxomenko da “Fənərbaxça”nın şərəfini qoruyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR