Bank Of Baku

Azərbaycanın ən gözəl qadın voleybolçusu nişanlandı - FOTO

Azərbaycanın ən gözəl qadın voleybolçusu nişanlandı - <font color=red>FOTO</font>
# 03 aprel 2009 13:21 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Valeriya Korotenko ailə həyatı qurmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, 25 yaşlı idmançı Nicat Məmmədov adlı şəxslə nişanlanıb.

Türkiyənin “Fənərbaxça Acıbadem” klubunun da şərəfini qoruyan Valeriyanın gələcək həyat yoldaşı ilə elə qardaş ölkədə tanış olduğu bildirilir. Bu cütlüyün toylarının tarixi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, ötən mövsüm Türkiyə çempionatının ən yaxşı liberosu seçilən, Avropa Voelybol Konfederasiyası kuboku uğrunda yarışda bürünc medala layiq görülən Korotenkonun kifayət qədər azarkeşi var. Məhz onun oyununu görmək məqsədi ilə “Fənərbaxça Acıbadem”in qarşılaşmalarına xeyli azarkeş gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR