Bank Of Baku

Azərbaycan milli komandası Hollandiyaya uduzub

Azərbaycan milli komandası Hollandiyaya uduzub
# 29 iyun 2009 08:33 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Yekaterinburq şəhərində ölkənin birinci prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunmuş beynəlxalq voleybol turniri start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın qadınlardan ibarət yığması ənənəvi yarışa uğursuz başlayıb.

Belə ki, Faiq Qarayevin yetirmələri ilk matçda Hollandiyaya uduzublar - 2:3 (18:25, 25:21, 22:25, 25:23, 8:15). Məğlubiyyətə baxmayaraq, milli komandamız turnirin qalibi olmaq şansını itirməyib. Bundan ötrü xanım voleybolçularımız bu gün Kuba, iyunun 30-da isə Rusiya ilə görüşdə uğurlu oyun göstərməlidirlər.

Reqlamentə əsasən, yığmamız qrupda 1-ci və 2-ci yeri tutacağı təqdirdə, yarımfinala adlayacaq. Yarış iyulun 2-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR