Bank Of Baku

Azərbaycan milli komandası Boris Yeltsinin xatirəsinə həsr olunan turniri axırıncı pillədə başa vurub

Azərbaycan milli komandası Boris Yeltsinin xatirəsinə həsr olunan turniri axırıncı pillədə başa vurub
# 01 iyul 2009 15:57 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rusiyanın Yekaterinburq şəhərində bu ölkənin birinci prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunmuş turniri axırıncı pillədə başa vurub. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv bu gün 5-ci yer uğrunda görüşdə Belarusla bacarmayıb.

2 saat 1 dəqiqə davam edən oyunda komandamız 2:3 (22:25, 25:22, 19:25, 25:20, 13:15) hesablı məğlubiyyətlə üzləşib. Qələbəni şansını son anda itirən yığmamız bununla da, mayda Qubada keçirilmiş dünya çempionatının seçmə mərhələsində Belarusa 0:3 hesablı məğlubiyyətin də əvəzini çıxa bilməyib. Nəticədə voleybolçularımız 6 komandanın qatıldığı xatirə turnirində əliboş qalıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR