Bank Of Baku

Azərbaycan voleybol yığması sabah Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan voleybol yığması sabah Avropa çempionatında mübarizəyə başlayır
# 24 sentyabr 2009 08:01 (UTC +04:00)
Bakı – APA. Sabah Polşada qadın voleybolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının qrup mərhələsinin oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, D qrupunda qərarlaşan Azərbaycan yığması ilk görüşünü Serbiyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Sentyabrın 26-da eyni saatda isə Faiq Qarayevin yetirmələri Slovakiya millisi önünə çıxacaq. Komandamızın qrupda son matçı sentyabrın 27-də Çexiyaya qarşı olacaq bə bu qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR