Bank Of Baku

“Qalatasaray” oktyabrın 14-də Azərbaycan klubu ilə yoldaşlıq görüşü keçirəcək

“Qalatasaray” oktyabrın 14-də Azərbaycan klubu ilə yoldaşlıq görüşü keçirəcək
# 12 oktyabr 2009 14:35 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçulardan ibarət Bakının “Rabitə” klubu oktyabrın 14-də yoxlama matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz İstanbulda yerli “Qalatasaray”la qüvvəsini sınayacaq. Artıq qarşılaşmanın dəqiq vaxtı və yeri məlumdur. Komandalar ayın 14-də Bakı vaxtı ilə saat 13:00-da İstanbulun “Burhan Felek” İdman Sarayında üz-üzə gələcəklər. Bu oyun “Rabitə” üçün Avropa Voleybol Konfederasiyası (CEV) Kuboku yarışına hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, “Rabitə” dekabrda CEV Kuboku turnirinin 1/16 final mərhələsində Polşa “Qvardiya”sı ilə qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR