Bank Of Baku

“Fənərbaxça”nın oyunçusu karyerasını Azərbaycanda davam etdirəcək

“Fənərbaxça”nın oyunçusu karyerasını Azərbaycanda davam etdirəcək
# 14 oktyabr 2009 21:15 (UTC +04:00)
Bakı – APA. Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini gücləndirib. Bu haqda apasport.az saytına məlumat verən Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin sözlərinə görə, komanda Nisə Quliyevanı transfer edib. Nisə əslən azərbaycanlı olsa da, onun karyerasının əsas hissəsi Türkiyə ilə bağlıdır. Oyun qurucusu olan Quliyeva Türkiyə vətəndaşlığı alaraq, bu ölkənin milli komandasında 140 dəfə forma geyinib. Həmçinin, voleybolçumuz “Fənərbaxça Acibadem”, “Beşiktaş”, “Yeşilyurt” və “Türk Telekom” klublarının da şərəfini qoruyub.

Gözəlbəyli onu da vurğulayıb ki, paytaxtın “Azərreyl” və “Lokomotiv” klublarına Bolqarıstan, Ukrayna və Moldovadan da oyunçular cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR