Bank Of Baku

Azərbaycan milli komandası Ermənistana böyük hesabla qalib gəlib

Azərbaycan milli komandası Ermənistana böyük hesabla qalib gəlib
# 02 noyabr 2009 07:27 (UTC +04:00)
Bakı - APA. Azərbaycanın kişi həndbolçulardan ibarət yığması Moldovanın paytaxtı Kişinyovda keçirilən “Çelenc Trofi” turnirində çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, qrupda keçirdiyi ilk iki oyunda Gürcüstan və Moldova kollektivlərinə, müvafiq olaraq 23:41 və 28:36 hesabı ilə uduzan yığmamız bu məğlubiyyətlərin əvəzini Ermənistandan çıxıb.

Belə ki, həndbolçularımız ermənilərə böyük hesabla qalib gəliblər - 33:16. Komandamız hələ birinci hissədə aşkar üstünlüyə yiyələnib. Fasiləyə 16:6 hesablı qələbə ilə yollanan yığmamız fasilədən sonra təzyiqi daha da artıraraq, yekunda rəqibdən 17 xal çox toplayıb. Lakin bu parlaq qələbə növbəti mərhələyə adlamağımıza imkan verməyib. Yığmamız 2 xalla 3-cü pillədə qərarlaşdığından, mübarizəni erkən dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR