Bank Of Baku

Türkiyənin “Qalatasaray” klubu Bakıda asan qələbə qazanıb

Türkiyənin “Qalatasaray” klubu Bakıda asan qələbə qazanıb
# 10 dekabr 2009 14:45 (UTC +04:00)
APA - Bakı. Qadın voleybolçulardan ibarət Türkiyənin “Qalatasaray” klubu bu gün “Çağırış” kubokunun ikinci mərhələsi çərçivəsində Bakının “İqtisadçı” komandasına qalib gəlib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında keçirilən qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. İlk setdə 14:25 hesabı ilə uduzan voleybolçularımız rəqibə yalnız ikinci setdə ciddi müqavimət göstəriblər (23:25). Ancaq “Qalatasaray” təşəbbüsü əldən verməyərək, üçüncü setdə də 25:14 hesabı ilə qalib olub. Bununla da, istanbullular “Çağırış” kubokunun üçüncü mərhələsinə yüksəliblər.

Qeyd edək ki, “İqtisadçı” ötən həftə Türkiyədə keçirilmiş ilk oyunda da 0:3 hesabı ilə məğlub olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR