Bank Of Baku

Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək

Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək
# 19 dekabr 2009 01:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 19-22 dekabr tarixlərində Şəki şəhərində Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq ənənə halını almış bu tədbir ictimaiyyətin böyük marağına səbəb olmaqla xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə xidmət edir.

Azərbaycanın prezidentinin fərmanı ilə yaradılmış Respublika Atçılıq Turizm Mərkəzində təşkil edilən bu yarışmada Şəki və Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonlarının nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

Tədbirin münsiflər heyətinin qərarı ilə müəyyənləşdiriləcək qalib komandalar nazirliyin diplomu və mükafatlarla təltif ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR