Bank Of Baku

Azərbaycan milli komandası Rumıniya ilə qarşılaşacaq

Azərbaycan milli komandası Rumıniya ilə qarşılaşacaq
# 19 yanvar 2010 10:51 (UTC +04:00)
Bakı – APA. Avropa çempionatının B divizionunun püşkatma mərasimi keçirilib. Azərbaycan basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Almaniyanın Frayzinq şəhərində keçirilən tədbirdə Azərbyacna milli komandasının da rəqibləri məlum olub.

B qrupunda mübarizə aparacaq yığmamız Rumıniya, Albaniya, Belarus, İsveç komandaları ilə görüşəcək. Püşkatmaya əsasən Avstriya, Lüksemburq, Hollandiya, Estoniya A, Slovakiya, Kipr, İsveçrə, Çexiya C qrupunda çıxış edəcək.

Evdə və səfərdə olmaqla iki dövrədən ibarət dairəvi sistemlə keçiriləcək yarışın I dövrəsinin təqvimi də müəyyənləşib. Basketbolçularımız avqustun 8-də səfərdə Albaniya, 14-də evdə Belarus, 17-də səfərdə Rumıniya, 21-də evdə İsveçlə üz-üzə gələcək. İkinci dövrənin cədvəli birinci dövrənin yekunlarından sonra təsdiqlənəcək.

Qeyd edək ki, qitə birinciliyinin əsasnaməsinə görə, qruplarda birinci yerləri tutan komandalar, həmçinin ikinci yerlərin sahibləri arasında ən yaxşı nəticəyə malik yığma A divizionuna 2 vəsiqə uğrunda mübarizəni gələn il davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR