Bank Of Baku

Azərbaycan milli komandası Almaniya ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan milli komandası Almaniya ilə yoldaşlıq görüşü keçirəcək
# 04 fevral 2010 09:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət yığması Almaniya ilə yoldaşlıq görüşü keçirəcək. Bu haqda apasport.az saytına Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Onun sözlərinə görə, qarşılaşmanın bu il martın sonlarında təşkil olunması planlaşdırılıb.

Gələn ayın 3-cü ongünlüyündə Almaniyanın paytaxtı Berlinə yollanacaq Joa Hanqın yetirmələri orada təlim-məşq toplanışı keçəcəklər. Ardından yerli yığma ilə yoldaşlıq oyunu olacaq. Görüş milli komandamız üçün bu ilin aprelində Rusiyanın Kazan şəhərində keçiriləcək dünya çempionatının seçmə matçlarına hazırlıq xarakteri daşıyacaq.

Almanlarla yoldaşlıq oyunundan sonra, daha doğrusu 2-5 aprel aralığında yığmanın əsasını təşkil edən “Atasport” elə Berlində Avropa Klub Çempionları Kuboku uğrunda yarışda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR