Bank Of Baku

“Neftçi”nin qəza nəticəsində ölən əməkdaşlarının adı bəlli olub-YENİLƏNİB

“Neftçi”nin qəza nəticəsində ölən əməkdaşlarının adı bəlli olub-<font color=red>YENİLƏNİB</font></font>
# 14 fevral 2010 08:46 (UTC +04:00)
Belə kı, “Neftçi” klubunun 4 üzvünün əyləşdiyi avtomobil Bakı-Şamaxı yolunda qəzaya düşüb. Nəticədə iki nəfər dünyasını dəyişib, digər iki nəfər isə ağır yaralanıb. Vəfat edənlər və yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, həyatını itirən işçilərdən biri “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində çalışırmış. Digər vəfat etmiş şəxs isə klubun mühasibi olub. Yaralıların sürücü və operator olduğu deyilir.
***
Dünən gecə “Neftçi” futbol klubunun Şamaxıda avtomobil qəzasına əməkdaşlarının adları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, həlak olanlardan biri həmkarımız, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində çalışan Alim Malikoğlu (Məmmədov), digəri Kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidovdur.

Digər iki yaralı isə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırlar. Bunlar komandanın icraçı-direktoru Mübariz Xudiyev və operator Dadaş Zeynalovdur.

Qəzaya uğrayan “Hyundai Sonata” avtomobilini Mübariz Xudiyev idarə edirmiş. Hadisədən az sonra klubun prezidenti Sadıq Sadıqov qəza yerinə baş çəkib. O dünyasını dəyişənlərin ailəsinə hər cür maddi və mənəvi dəstək göstərəcəyinə söz verib.

Hazırda komanda üzvlərinin yarısı Alim Malikoğlunun, yarısı isə Vahid Həmidovun yas mərasimində iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR