Bank Of Baku

Yığmamızın üzvləri mükafatlandırıldılar

Yığmamızın üzvləri mükafatlandırıldılar
# 25 mart 2010 12:35 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin üzvləri Qırğızıstanda keçirilmiş “Novruz-2010” beynəlxalq turnirin qalibi olmuş milli komandamızın oyunçuları ilə görüşüblər. ABF-dən apasport.az saytına verilən məlumata görə, görüşdə federasiya prezidenti Nadir Nəsibov qələbə münasibətilə basketbolçuları təbrik edib. O bildirib ki, Qırğızıstanda qazanılan nailiyyət Avropa çempionatının seçmə mərhələsində yığmamızın uğurlu çıxışına zəmin yaradacaq.

Ardından ABF-in baş katibi Qəhrəman Məmmədyarov və baş məşqçi Elxan Əliyev fikirlərini bölüşüblər. Görüşün sonunda yığmanın üzvlərinə federasiyanın fəxri diplomları və mükafatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR