Bank Of Baku

Azərbaycan yığması Almaniya komandasını darmadağın edib

Azərbaycan yığması Almaniya komandasını darmadağın edib
# 01 aprel 2010 12:13 (UTC +04:00)
Bakı – APA. Otüstü hokkey üzrə qadınlardan ibarət yığma komandamız Almaniyanın Berlin şəhərində təlim-məşq toplanışını davam etdirir. Azərbaycan Otüstü Hokkey Federasiyasından apasport.az saytına verilən məlumata görə, martın 27-dən səfərdə hazırlıqlara başlayan hokkeyçilərimiz burada 2 yoldaşlıq oyununda da güclərini sınayıblar.

İlk görüşdə Almaniyanın I liqasında mübarizə aparan “TUSİ Klub”a 6:0 hesabı ilə qalib gələn millimiz növbəti matçda bu ölkənin “Berliner” komandası ilə sülh bağlayıb – 2:2.
Qeyd edək ki, təlim-məşq toplanışında əsas məqsəd Rusiyanın Kazan şəhərində keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinə yüksək səviyyədə hazırlaşmaqdır.

Dünya çempionatının seçmə mərhələsi aprelin 17-25-də Rusiyanın Kazan şəhərində təşkil ediləcək. Bu mötəbər yarışda rəqiblərimiz Yaponiya, İtaliya, Rusiya, Belarus və Uels hokkeyçiləri olacaqlar. Final mərhələsinə yalnız birinci yerin sahibi vəsiqə qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR