Bank Of Baku

Azərbaycan yığması Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan yığması Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək
# 27 aprel 2010 09:49 (UTC +04:00)
Bakı – APA. Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması Gürcüstana yollanacaq. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfərə aprelin 28-də çıxacaq milli komandamız qonşu ölkədə təlim-məşq toplanışı keçməklə yanaşı, beynəlxalq turnirdə də iştirak edəcək. Turnirdə Azərbaycan, Gürcüstan və Ukrayna yığmaları mübarizə aparacaqlar. Komandamız mayın 4-də Bakıya qayıdacaq.

Qeyd edək ki, millimizin heyətinə 2 yeni voleybolçu cəlb edilib. Bunlar Vüqar Bayramov və Kənan Əsədovdur. Hər iki debütant yeni yaradılan “Sərhədçi”nin üzvləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR