Bank Of Baku

Azərbaycan yığmasının “Yeltsin kuboku”nda rəqibləri müəyyənləşib

Azərbaycan yığmasının “Yeltsin kuboku”nda rəqibləri müəyyənləşib
# 20 may 2010 09:11 (UTC +04:00)
Bakı – APA. İyulun 4-də voleybolçu qadınlar arasında Rusiyada ənənəvi “Yeltsen kuboku” start götürəcək. Apasport.az saytının məlumatına görə, Yekaterinburqda təşkil ediləcək yarışda ötən il olduğu kimi, bu dəfə də 6 komandanın iştirakı gözlənilir.

Turnir təşkilatçıları “Yeltsen kuboku”nda Rusiya, Çin, İtaliya, Hollandiya və Belarus milli komandalarının iştirak üçün razılıq verdiklərini bildiriblər. Reqlamentə görə, yığmalar iki qrupda mübarizə aparacaqlar. Yarışa iyulun 11-də yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan yığması ötən il turnirdə qrup mərhələsini və yarışı sonuncu pillədə başa vurublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR