Bank Of Baku

Azərbaycan yığması Rusiya çempionunu məğlub edib

Azərbaycan yığması Rusiya çempionunu məğlub edib
# 20 may 2010 14:24 (UTC +04:00)
Bakı – APA. Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Rusiyada təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının I seçmə mərhələsinə Moskvada hazırlaşan Faiq Qarayevin yetirmələri bu ölkədə 2 yoldaşlıq görüşündə qüvvələrini sınayıblar.

Rusiya çempionu “Zariçye-Odinçeva” ilə baş tutan oyunlarda voleybolçularımız 3:1 və 3:0 hesabı ilə qələbə qazanıblar. Bu gün isə Belarusa yollanan yığmamız Mogilyov şəhərində qitə çempionatında mübarizə aparacaq.

Qeyd edək ki, A qrupunda yer alan millimiz mayın 21-də Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Bir gün sonra Gürcüstanla qarşılaşacaq. Mayın 23-də isə rəqibimiz Belarus yığması olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR