Rəşat Yazıçıoğulları: “Azərbaycan çempionatı Avropanın ən yaxşıları arasındadır” – MÜSAHİBƏ
- Bəli. Artıq hər şey həll olunub və növbəti ildə “İqtisadçı”nın baş məşqçisi olacağam. Ancaq müqavilə imzalanarkən, mətbuat konfransı keçirmədik. Komandanın meneceri Seymur Orucovla birlikdə rəsmi sənədə imza atdıq.
- Müqavilənin müddəti neçə illikdir?
- 1 illik. Bu müddətdən sonra isə komandada qalıb-qalmayacağıma yenidən baxacağıq. İnanıram ki, Azərbaycanda məşqçilik karyeram uğurlu olacaq.
- Siz Türkiyə yığması ilə bərabər Super Liqada da bir neçə komandanı çalışdırmısınız. Vətəninizdə ölkə çempionatının daha gərgin keçdiyini nəzərə alsaq, “İqtisadçı”nı seçməyiniz maraq doğurur...
- Azərbaycan çempionatında çıxış edən komandalardan ötən il də ciddi təkliflər almışdım. “Rabitə” mənə baş məşqçi postunu təklif etmişdi. Lakin şəxsi işlərimlə bağlı Bakıya gələ bilmədim. Bu il isə “İqtisadçı” mənimlə maraqlanmağa başladı. Ətraflı söhbət etdikdən sonra qərarımı verdim. Çünki bu mövsüm paytaxt komandasını Avropada güclü bir kluba çevirməyi planlaşdırırıq. Yeni voleybolçular transfer edəcəyik və “Çelenc Cup”da yalnız çempionluq üçün mübarizə aparacağıq. Fikrimiz Avropaya yaxşı mənada səs salmaqdır.
- Ola bilərmi ki, keçidinizdə maliyyə məsələləri ciddi rol oynasın?
- Mən peşəkar məşqçiyəm. Bunun üçün əsasən təklifləri nəzərdən keçirdikdən sonra fikrimi bildirirəm. “İqtisadçı” rəhbərliyinin şərtləri məni qane etdi. Onların qurmaq istədikləri şəbəkə, Azərbaycan voleybolunun inkişafı üçün atacaqları addımları dəstəkləmək üçün klub rəhbərliyi ilə razılaşdım.
- “İqtisadçı”nın güclü kluba çevrilməsi üçün hansı voleybolçuların transferləri planlaşdırılır?
- Hazırda bu istiqamətdə ciddi danışıqlar aparılır. Avropanın bir neçə ölkəsinin, ABŞ və Argentina millilərinin voleybolçuları növbəti mövsümdə “İqtisadçı”da forma geyinə bilər.
- Həmin voleybolçuların adlarını açıqlaya bilərsinizmi?
- Bunlar hələlik sirr qalsın. Üstəlik, transferləri Bakıda klub rəsmiləri aparırlar. Amma ən azı 10 voleybolçunun komandaya cəlb edilməsini nəzərdə tutmuşuq. Bu sayda oyunçu transfer etməsək, işimiz çətin olacaq. Çünki, iki cəbhədə - “Çelenc Cup” və Super Liqada mübarizə aparacağıq. Bunun üçün bizim ehtiyat qüvvə də əsas heyətə bərabər olmalıdır. Mövsüm uzun olduğu üçün zədələnənlər olur. Onları layiqincə əvəz edənlər olmadıqda isə bir ili boşa vermiş olursan.
- “Çelenc Cup”da çempionluğa oynayacağınızı dediniz. Bəs Azərbaycan Super Liqasında hansı yerlər uğrunda mübarizə aparacaqsınız?
- Burada da məqsədimiz ən azı finalda oynamaq olacaq. Bilirəm ki, Super Liqanın son qalibi “Rabitə” çox güclü voleybolçularla müqavilə imzalayıb. Onlar Avropada olduğu kimi, çempionatda da inamlı çıxış edəcəklər. Lakin onlarla eyni gücdə olmaq üçün biz də güclü voleybolçularla müqavilə bağlayacağıq.
- Azərbaycan Super Liqası barədə hansısa məlumata maliksinizmi?
- Kifayət qədər məlumatım var. Bilirəm ki, Azərbaycan Super Liqasında 4 güclü klub mübarizə aparır. “Rabitə”, “Lokomotiv”, “Azərreyl” və “İqtisadçı” Avropa səviyyəli komandalardır. Onların oyunlarını da izləmişəm. Deyə bilərəm ki, çempionatınızda gərgin mübarizə gedir və gücünə görə Super Liqanız Avropa ən yaxşı 6 ölkəsi sırasındadır. Məncə, növbəti mövsüm daha çətin keçəcək. Bununla bərabər çempionatda klubların sayı artacaq. Mənə verilən məlumata görə, ən pis halda 6 klub çempionluq uğrunda yarışacaq.
- Azərbaycan çempionatının oyunlarını nə vaxt izləmisiniz?
- Super Liqa oyunlarının pley-off mərhələsini canlı izləmək üçün ölkənizə gəlmişdim. Quba Olimpiya İdman Kompleksində keçirilən bütün görüşlərə baxdım. Sözün həqiqi mənasında komandalar medallara heç də asan yiyələnmədilər. Məhz bu oyunlardan sonra “İqtisadçı” ilə danışıqlar apardım. Ötən il də Bakıya gəlmişdim və çempionatın bir neçə oyununu izləmişdim.
- Azərbaycan voleybolçuları ilə bağlı nə deyə bilərsiniz?
- Yığma komandada çıxış edən voleybolçuları çox gözəl tanıyıram. Mən Türkiyə millisini çalışdırarkən də bu komanda ilə bir neçə dəfə qarşılaşmışdıq. Gözəl və baxımlı oyun nümayiş etdirirlər. Lakin Azərbaycan voleybolçularından tanımadıqlarım da var. Onlarla da Super Liqanın gedişi zamanı tanış olacağam.
- Bəs “İqtisadçı”ya Azərbaycan yığmasından voleybolçu transfer etməyi planlaşdırırsınızmı?
- Yığmanızın bəzi oyunçularının klubları ilə müqavilələri var. Lakin birmənalı şəkildə “yox” deyə bilmərəm.
- Ötən mövsüm rəhbərliyiniz altında Türkiyə Super Liqasında “Yeşilyurt”da çıxış edən Lidiya Maksimenkonun “İqtisadçı”ya keçidi barədə xəbərlər yayılıb. Bu həqiqətə uyğundurmu?
- Hər şey ola bilər. Maksimenko hər bir komandaya xeyir verə biləcək gücədir. Lakin hələ onunla ciddi danışıqlar getmir.
- Bəs sizin komandada görmək istədiyiniz voleybolçu varmı?
- Təbii ki var. Onların bir neçəsi ilə söhbətlər gedir. Bu voleybolçular arasında Türkiyə millisinin də 1 üzvünün olduğunu deyə bilərəm. Əgər razılıq əldə olarsa, o da növbəti mövsümdə Azərbaycan Super Liqasında iştirak edəcək.
- İyunun 25-də Avstriyanın paytaxtı Vyanada Avropa kuboklarının püşkatma mərasimi keçiriləcək...
- Vyanada bir çox klub rəsmiləri iştirak edəcəklər. Bunun üçün mən də Vyanaya yollanacağam. Klub rəhbərliyindən isə Seymur Orucovun oraya gedəcəyini bilirəm. Ola bilər ki, digər rəsmilərdən də gedənlər olsun.
- Püşkün nəticəsinə görə, hansı ölkələrin klubları ilə düşmək istərdiniz?
- Həmişə ən çox klub “Çelenc Cup”da mübarizə aparır. Bunun üçün püşkatma mərasimində hansı ölkənin komandası ilə düşməyimiz heç bir fərq etməyəcək. Çünki biz çempionluq üçün oynayacağıq. Buna görə, bütün rəqiblər bizim üçün eynidir və istənilən klubla qarşılaşmağa hazırıq.
Top oyunları
Xəbər Lenti
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB