Bank Of Baku

Slovakiya yığmasının kapitanı Azərbaycan çempionatında oynayacaq

Slovakiya yığmasının kapitanı Azərbaycan çempionatında oynayacaq
# 30 avqust 2010 07:17 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Lokomotiv” daha 2 voleybolçunun transferini həll edib. Apasport.az saytının məlumatına görə, ölkəmizi “Çelenc cup”da təmsil edəcək paytaxt komandası Slovakiya yığmasının kapitanı Monika Smak ilə 1 illik müqavilə imzalayıb.

37 yaşında olan Smak 173 boya malikdir. O, “Berlin” (1997-1998), “Jilina” (1998-1999), “Kann” (1999-2001), “Skra” (2001-2003), “Byelsko-Biala” (2003-2004, 2006-2007), “Seniça” (2004-2005), “Muşçinayka-Muşçina” (2005-2006) və “Bidgosz” (2008-2010) klublarında çıxış edib.

“Lokomotiv” ondan əlavə, son mövsüm Azərbaycanda çıxış edən Bolqarıstan yığmasının üzvü Kremena Kamenova ilə müqavilənin müddətini 1 illik artırıb.

Qeyd edək ki, “dəmiryolçular” bu voleybolçulardan öncə 2 legioner - Yevelina Çvetanova və Mariya Filippova ilə də müqavilə imzalamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR