Bank Of Baku

2 klub Azərbaycan çempionatına buraxılmayıb

2 klub Azərbaycan çempionatına buraxılmayıb
# 03 sentyabr 2010 08:53 (UTC +04:00)
Bakı – APA. Voleybol üzrə qadınlardan ibarət “Sumqayıt” və “Tovuz” komandaları Azərbaycan çempionatında mübarizə aparmayacaqlar. Apasport.az saytının məlumatına görə, son mövsümdə I liqada ilk 2 yeri tutan bu komandaları Göyçayın “Şirvan” klubu əvəzləyəcək.

Yeni yaradılan əyalət təmsilçisinin “Sumqayıt” və “Tovuz”dan iddialı olması, onların birbaşa Super Liqada mübarizə aparmasına zəmin yaradıb.

Qeyd edək ki, növbəti Azərbaycan Super Liqasının 7 klubla keçirilməsi arzusu reallaşmayıb və ölkə çempionatında qüvvəsini sınayacaq komandaların adları müəyyənləşib.

Oktyabrın sonlarında, noyabrın əvvəlində start götürməsi gözlənilən birincilikdə “Rabitə”, “Lokomotiv”, “İqtisadçı”, “Azərreyl”, “Nəqliyyatçı” və “Şirvan” klubları növbəti Azərbaycan çempionunun adına dəqiqlik gətirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR