Bank Of Baku

Serbiyanın “Partizan” klubu Bakıya gələcək

Serbiyanın “Partizan” klubu Bakıya gələcək
# 03 sentyabr 2010 09:04 (UTC +04:00)
Bakı – APA. “Çelenc Cup”ın I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Azərreyl” və “Azərneft” klublarının ilk oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər iki komandamız birinci görüşlərini Bakıda keçirəcək.

Kişilərdən ibarət “Azərneft” Serbiyanın “Partizan” klubu ilə ilk sınağına oktyabrın 16-da çıxacaq. Sahib Əliyevin yetirmələrindən bir gün sonra isə qadın voleybolçulardan ibarət “Azərreyl” Maltanın PAOLA Hibs komandası ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, hər iki oyun saat 18:30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR