Bank Of Baku

Rusiya yığmasının sabiq məşqçisi Azərbaycan komandasında işləyəcək

Rusiya yığmasının sabiq məşqçisi Azərbaycan komandasında işləyəcək
# 01 oktyabr 2010 10:45 (UTC +04:00)
Bakı – APA. Voleybol üzrə Azərbaycan çempionatının debütantı olan “Şahdağ-Quba” klubunun baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandanı rusiyalı mütəxəssis Mixail Omelçenko çalışdıracaq. Ölkəsinin yığmasında işləmiş məşqçi ilə 1 illik razılıq əldə edilib.

Komandanın heyətində əsasən azərbaycanlı gənclər yer alacaqlar. Onların əsas vəzifələri milli komandaya voleybolçu yetişdirmək olacaq.

Qeyd edək ki, Omelçenko yığmamızın lideri Natalya Məmmədova ilə birlikdə Krasnodar “Dinamo”sunda işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR