Bank Of Baku

Kuba yığmasının kapitanı “Azərreyl” klubu ilə müqavilə bağlayıb

Kuba yığmasının kapitanı “Azərreyl” klubu ilə müqavilə bağlayıb
# 14 oktyabr 2010 10:45 (UTC +04:00)
Bakı – APA. “Çelenc Cup” turnirinə uğurla başlayan “Azərreyl” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt komandası Kubanın gənclərdən ibarət yığmasının kapitanı Noris Kabrera ilə bir il müddətinə müqavilə imzalayıb.

Lakin 24 yaşlı voleybolçu “Azərreyl”ə “Çelenc Cup”un ilkin mərhələsində kömək edə bilməyəcək. Onun komandamızın heyətində II mərhələdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, “Azerreyl” qitə miqyaslı turnirə uğurla başlayıb. Maltada yerli PAOLA Hibs komandasına 3:0 hesabı ilə qalib gələn voleybolçularımız cavab matçına Bakıda çıxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR