Bank Of Baku

“Azərreyl” 2 amerikalı voleybolçu ilə müqavilə bağlayır

“Azərreyl” 2 amerikalı voleybolçu ilə müqavilə bağlayır
# 18 oktyabr 2010 10:07 (UTC +04:00)
Bakı – APA. Bakının “Azərreyl” klubu heyətini daha 2 legionerlə gücləndirmək istəyir. Bu barədə apasport.az saytına açıqlamasında komandanın baş məşqçisi Vüqar Əliyev deyib.

O bildirib ki, “Çelenc Cup”da, Azərbaycan Super Liqasında və kubokunda medallar uğrunda mübarizə aparmaq üçün daha 2 voleybolçu ilə müqavilə bağlayacaqlar: “Heyətimiz gücləndirməkdə davam edirik. 2 amerikalı voleybolçunun yolunu gözləyirik. Onlarla da transferlərimizi yekunlaşdıracağıq. Adı sirr kimi qalsın. Amma onların çox güclü olduğunu deyə bilərəm”.

Qeyd edək ki, “Çelenc Cup”da mübarizə aparan “Azərreyl” ilkin mərhələnin hər 2 görüşündə Maltanın PAOLA Hibs komandasına 3:0 hesabı ilə qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR