Bank Of Baku

“Azərreyl” ABŞ yığmasının sabiq voleybolçusu ilə müqavilə bağlayıb

“Azərreyl” ABŞ yığmasının sabiq voleybolçusu ilə müqavilə bağlayıb
# 11 noyabr 2010 08:03 (UTC +04:00)
Bakı – APA. Azərbaycanı “Çelenc Cup” turnirində təmsil edəcək “Azərreyl” voleybol klubu növbəti transferini reallaşdırıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Vüqar Əliyev məlumat verib.

O bildirib ki, ABŞ yığmasının sabiq üzvü Çeril Veaver “Azərreyl”in şərəfini qoruyacaq: “Bu il məqsədimiz böyük olduğundan, komandanı gücləndirməkdə davam edirik. Artıq Veaverlə müqaviləni rəsmiləşdirmişik. Onunla 1 illik müqavilə bağlanıb. Bundan sonra daha 1 transfer reallaşdıracağıq. Həmin voleybolçu Yaponiyada keçirilən dünya çempionatında iştirak etdiyindən, mundialın yekunlaşmasını gözləyirik. İnanıram ki, onunla da razılığa gəldikdən sonra bütün cəbhələrdə - “Çelenc Cup”da, ölkə çempionatında və kubokunda I yer uğrunda mübarizə apara bilərik”.

Qeyd edək ki, 1980-cı ildə anadan olan Veaver 187 sm boya malikdir və ABŞ yığmasının heyətində müxtəlif yarışlarda iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR