Bank Of Baku

Kanada yığmasının voleybolçusu Azərbaycanda oynayacaq

Kanada yığmasının voleybolçusu Azərbaycanda oynayacaq
# 23 noyabr 2010 08:15 (UTC +04:00)
Bakı – APA. Bu mövsüm Azərbaycan Super Liqasında debüt edəcək “Şahdağ-Şirvan” voleybol komandası növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis Adnan Kistakın çalışdırdığı klub Kanada yığmasının voleybolçusu Karla Bradstokla danışıqları yekunlaşdırıb.

Yaponiyada keçirilən dünya çempionatının final mərhələsində milli komandasının şərəfini qoruyan voleybolçu ilə 1 illik müqavilə imzalanıb. 1985-ci ildə anadan olan Karla 178 sm boya malikdir.

Qeyd edək ki, Bradstok Azərbaycan klublarında forma geyinəcək ikinci kanadalı olacaq. Ondan öncə “Bakı” digər şimali amerikalı Stacey Qordan heyətinə qatmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR