Bank Of Baku

Azərbaycan yığması ikinci oyunda da uduzdu

Azərbaycan yığması ikinci oyunda da uduzdu
# 25 noyabr 2010 10:45 (UTC +04:00)
Bakı – APA. Ukraynanın paytaxtı Kiyevdə qadınlar arasında həndbol üzrə beynəlxalq turnirdə II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə ev sahiblərinə 21:26 hesabı ilə uduzan Azərbaycan yığması yenə meydanı başıaşağı tərk edib.

150 azarkeşin izlədiyi qarşılaşmada Rəfiqə Şabanovanın yetirmələri bu dəfə Belarusa məğlub olublar. Milli komandamız birinci hissədə 15:12 hesabı ilə irəlidə olsa da, matçın yekununda rəqibdən 4 top az toplayıb - 25:29. Digər oyunda Ukrayna yığması Litva həndbolçularına 35:20 hesabı ilə qalib gəlib.

2 turdan sonra aktivində 4 xalı olan Ukrayna və Belarus milliləri ilk 2 pillədə qərarlaşıblar. Son turda üz-üzə gələcək Azərbaycan və Litva yığmaları isə xala həsrətdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR