Bank Of Baku

Azərbaycan voleybolunda daha bir baş məşqçi istefaya göndərilib

Azərbaycan voleybolunda daha bir baş məşqçi istefaya göndərilib
# 11 yanvar 2011 07:00 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, paytaxtın “Lokomotiv” klubu baş məşqçi Aleksandr Çervyakovu vəzifəsindən kənarlaşdırıb.

Super Liqanın ilk dövrəsində cəmi 6 xal toplayan “dəmiryolçuların” qeyri-qənaətbəxş çıxışı Çervyakovun komandadan ayrılmasına səbəb olub. Ötən ilki vitse-çempionun hazırda 4-cü pillədə qərarlaşması rəhbərliyi qane etməyib.

Xatırladaq ki, Aleksandr Çervyakovdan öncə “İqtisadçı” da türkiyəli baş məşqçisi Rəşad Yazıçıoğulları ilə yollarını ayırmışdı
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR