Bank Of Baku

Bakının “Lokomotiv” voleybol klubu Draqutin Baltiçə tapşırıldı

Bakının “Lokomotiv” voleybol klubu Draqutin Baltiçə tapşırıldı
# 11 yanvar 2011 10:21 (UTC +04:00)
Bakının “Lokomotiv” voleybol klubunun yeni baş məşqçisinin kim olacağı aydınlaşıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın ötən ilki vitse-çempionu olan “Lokomotiv”ə məşqçilik Draqutin Baltiçə tapşırılıb. Serbiyalı mütəxəssislə mövsümün sonunacan müqavilə imzalanıb.

2 il “Rabitə”yə rəhbərlik etmiş çalışdırıcının qarşısına əsas məqsəd kimi “Lokomotiv”i Super Liqanın final və “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinə yüksəltmək tapşırığı qoyulub.

Xatırladaq ki, Baltiç 2008-2010-cu illərdə “Rabitə”yə rəhbərlik edib. O, paytaxt klubu ilə Azərbaycan çempionatının 2 dəfə qızıl medallarını qazanıb və CEV kubokunda III yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR