Bank Of Baku

İsrail yığmasının üzvü Azərbaycan çempionatında oynayacaq

İsrail yığmasının üzvü Azərbaycan çempionatında oynayacaq
# 08 fevral 2011 09:58 (UTC +04:00)
Bakı – APA. Bakının “Azərreyl” voleybol klubu heyətini gücləndirmək fikrindədir. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu komandası bu məqsədlə baxışa yeni legioner dəvət edib.

Bu, İsrail yığmasının şərəfini qoruyan 33 yaşlı İnessa Visotskidir. Vüqar Əliyevin sınayacağı əcnəbinin tezliklə paytaxtımıza gələcəyi gözlənilir. Onunla 5 aylıq müqavilə bağlamaq nəzərdə tutulub.

Qeyd edək ki, Visotski hazırda İsrailin “Raanana” komandasının şərəfini qoruyur. O, “Azərreyl”ə keçəcəyi halda, “Çelenc Cup”da avrokubok oyunlarında iştirak edə bilməyəcək. Çünki İnessa bu mövsüm komandasının heyətində analoji yarışda meydana çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR